«Report»un məlumatına görə, sənədin mətnində qeyd olunur ki, maliyyə yardımı 30 sentyabr 2017-ci tarixinədək verilməlidir.
Bildirilir ki, vəsait ölkənin Müdafiə Nazirliyi və dövlət katibinin ixtiyarında olmalı və kadrların hazırlanması, avadanlıq tədarükü, müdafiə xarakterli letal silahların alınması, maddi-texniki təminat və s. məqsədi ilə istifadə edilməlidir.
Nümayəndələr Palatası qanunu nəzərdən keçirməli və bu büdcə layihəsi barəsində müvafiq qərar qəbul etməlidir. Sənəd təsdiq olunacağı təqdirdə, qanun növbəti mərhələdə prezident tərəfindən nəzərdən keçiriləcək.