Vaxt.Az
«İran ABŞ-ın planlarını dəyişə bilməz»
Con Kerri: Oktyabrda başladığımızı 2018-ci ildə bitirmək istəyirik»
ABŞ dövlət katibi Con Kerri Birləşmiş Ştatların NATO ilə ortaq hazırladıqları Avropa raketdən müdafiə sistemi çərçivəsində öhdəsinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini bildirib.Onun sözlərinə görə, Amerikanın İranın yeni seçilmiş prezidenti ilə diplomatik münasibətləri bu məsələyə heç bir təsir göstərməyəcək. Kerri raketdən müdafiə qalxanının 2018-ci ildə Polşada işə düşəcəyini əlavə edib.
«Raketdən müdafiə sistemi ilə bağlı planlar yenə də aktualdır. Oktyabrda işə başlamışıq və 2018-ci ildə bitirməyi planlaşdırırıq. Hər hansı dəyişiklik olacağını düşünmürəm, biz öhdəliklərimizi unutmamışıq» - deyə Polşa Xarici İşlər naziri Radoslav Sikorski ilə görüşən Kerri deyib.
06.11.2013 çap et