«Report» Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1296-1290 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu «Azneft» İstehsalat Birliyinin «Neft Daşları» Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.