Vaxt.Az
«Almaniya özünü apara bilmir»
Çavuşoğlu da ikili standartlardan gileylidir
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanı ikili standartlar tətbiq etməkdə ittiham edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu ədliyyə naziri Bəkir Bozdağın Almaniyada yerli türk icmaları ilə görüşünün ləğv olunmasına sərt reaksiya verib.«Əgər Almaniya Türkiyə ilə münasibətlərini saxlamaq niyyətindədirsə, onda özünü aparmağı öyrənməlidir».
Berlin və Ankara arasında münasibətlər almaniyalı jurnalist Deniz Yucelin İstanbulda həbs olunmasından sonra pisləşmişdi.
03.03.2017 çap et