İranın Məclis Xəbər Agentliyinin verdiyi məlumata görə, bu barədə danışan deputat Əbulfazl Əbuturabi bildirib ki, Tehran hazırda çox yüklənib, izdihamlı əhali, havanın çirklənməsi, nəqliyyat sıxlığı və zəlzələ riski və digər amillər səbəbindən paytaxtın köçürülməsinə ehtiyac var.
Bu il yanvar ayında 26 kişinin ölümünə səbəb olan Plasko İş Mərkəzindeə yaranan yanğına işarə edən Əbuturabi «bu hadisə Tehranın təhlükəli olmasını göstərir. Bu vəziyyətin paytaxtın başqa bir şəhərə köçürülməsi zərurətini meydana çıxardığını göstərir. Əvvəlki məclis dövründə ölkənin siyasi və hökumət dairələri tərəfindən paytaxtının köçürülməsi haqqındakı layihə dəstəklənmişdi. Buna baxmayaraq Prezident Həsən Ruhani indiyə qədər bu layihənin həyata keçirilməsinə ciddi əhəmiyyət vermədi», deyib.