Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:
«Bəzən qaçırılma ilə bağlı elə məlumat daxil olur, araşdıranda belə məlum olur ki, onları avtomobilin sahibinin yaxınları xəbərsiz götürüb, aparıb. Avtomobil sahibi də maşınının oğurlandığını düşünüb».
Kamran Əliyev deyib ki, Azərbaycanda ən çox oğurlanan avtomobillər arasında MDB istehsalı olan maşınlar üstünlük təşkil edir.
«Bunun da başlıca səbəbi MDB istehsalı olan avtomobillərə müdaxilə etməyin asan olmasıdır», - Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi deyib.
Sığorta şirkətlərindən də bildiriblər ki, Azərbaycanda qaçırılma və oğurlanma halları daha çox MDB istehsalı olan «Vaz 2107» markalı avtomobillərlə bağlıdır. Bunun da əsas səbəbi həmin avtomobillərin qapılarının sadə vasitələrlə daha asan açılması, siqnalizasiya və qoruma sisteminin zəif olmasıdır.