Belə olan halda, kraliçanın illik gəliri 76 milyon funt sterlinq olacaq. Yeni dəyişikliyə görə, kraliça artan gəliri ilə Bukinqem sarayının 10 il davam edən və 360 milyon funt sterlinqə başa gələcək bərpa işlərinə kömək edəcək.
İngiltərədə kral ailəsinin sərvəti ümumilikdə 20 milyard funt sterlinq həcmində qiymətləndirilir. Bura kral ailəsinə bağlı şirkətlər, daşınmaz əmlak, incəsənət kolleksiyaları və mücəvhərlər daxildir.