Vaxt.Az

«İqtisadi kollaps gözləyir»


 

Ermənistanın hər 5 vətəndaşından 2-i yoxsulluq içərisində

«İqtisadi kollaps gözləyir» Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, amma ümumi xarici borc – 8 milyard dollardır. Ermənistanın xarici borcları artır və bu ölkəni kollapsa (ekstremal vəziyyətə) gətirib çıxara bilər.

Virtualaz.org «Novosti Armeniya»ya istinadən bildirir ki, bunu «Azad demokratlar» Partiyasının proqramının təqdimat mərasimində Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib.

«Belə templərlə biz hətta heç yerə yox –iqtisadi kollapsa gedirik. Biz yalnız pis yaşamırıq, həm də borca yaşayırıq», - deyə o vurğulayıb.

Sabiq baş nazir həmçinin əlavə edib ki, son 10 ildə ölkədə yoxsulluğun göstəricisi 23 faizdən 30 faizə qalxıb və bu yalnız rəsmi məlumatlara görə belədir. Baqratyanın öz məlumatlarına görə isə, indi Ermənistanda yoxsulluğun səviyyəsi 38 faiz təşkil edir.

 





05.03.2017    çap et  çap et