Bazar günü hökumətin iclasında çıxış edən Netanyahu deyib ki, Moskvada İranın Suriyada artan hərbi iştirakını müzakirə edəcək. «Mən cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşəcəyəm. Bizim müzakirə edəcəyimiz ən mühüm məsələlərdən biri İranın Suriya ilə əldə etməyə çalışdığı hərbi anlaşmadır. Bu anlaşma ilə, istərsə də onsuz, İran Suriyada özünün daimi hərbi iştirakını təmin etmək istəyir, həm yerdə, həm dənizdə»-Netanyahu deyib.
Netanyahu bildirib ki, İran Suriyada hərbi iştirakını möhkəmləndirməklə Qolan təpələrind İsrailə qarşı cəbhə açmağa çalışır.
Baş nazir deyib ki, o, Putinə çatdıracaq: «İsrail bu planın reallaşmasına qəti şəkildə qarşıdır və ola bilsin hücum etməyə üstünlük verəcək».