Vaxt.Az

Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verildi


 

MSK Birinci vitse-prezidentin müraciətinə baxıb

Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verildi Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

 





07.03.2017    çap et  çap et