Qəzet yazır ki, hətta Tramp NATO-nu dəstəklədi, xüsusilə də ötən həftə Konqrersdə çıxışı zamanı. Müdafiə naziri Ceyms Mettis isə bu yaxınlarda Avropada çıxış edərkən bildirdi ki, ABŞ indiki mərhələdə Rusiya ilə hansısa hərbi əməkdaşlıqda maraqlı deyil və onunla danışıqlarda «güc mövqeyindən» çıxış etmək fikrindədir. «Wall Street Journal» yazır ki, ABŞ-ın Moskvaya qarşı kursunu belə dəyişməsi Avropada «alqışlarla qarşılandı». Mənbə hesab edir ki, Vaşinqton bununla avropalı diplomatları əmin etdi ki, Şərqi Avropa ölkələri, xüsusilə də Ukraynanı dəstəkləməkdən imtina eləmək fikrində deyil.