«Mən uzun illər siyasətlə məşğulam və həmişə deyirəm ki, heç zaman «B planı»nız olmamalıdır. Bunu etsəniz demək ki, siz «A planı»na inanmırsınız. Bizim «A plan»mız onun məğlub olacağı deməkdir. Ümid edəirəm ki, o seçkilərdə darmadağın olacaq».
Moskovisi ABŞ-ın maraqlarının Avropa Birliyindən fərqli maraqlara malik olduğunu da vurğulayıb.
«ABŞ bizi parçalamaq istəyir. Onlar bunu ən üçün istəyir? Çünki ABŞ yaxud Rusiya 27 ayrı ölkə ilə münasibətdə daha güclü mövqeyə malik olacaq, nəinki vahid ölkələr bloku ilə».
Xatırladaq ki, son rəy sorğuları Marin Le Penə 27 faiz Fransalının səs verməyə hazır olduğunu göstərir. İkinci pillədə gələn Emmanuel Makronu isə 23 faiz Fransa vətəndaşı dəstəkləyir.