«Prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O açıq şəkildə bildirib ki, ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək», deyə Ş.Spayser qeyd edib.
Ötən gün İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb.