Vaxt.Az

«Strateji Yol Xəritəsi» haqda konfrans


 

«Hesabatlılıq və şəffaflıq problemləri» mövzusu müzakirə olunacaq

«Strateji Yol Xəritəsi» haqda konfrans Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə sentyabrın 22-23-də Bakıda «Azərbaycan iqtisadiyyatının strateji Yol Xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri» mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulur.

Auditorlar Palatasından bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi nəzarət forma və metodlarının, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində müzakirələr aparmaqdan ibarətdir.

 





09.03.2017    çap et  çap et