Vaxt.Az

29 sent bahalaşıb


 

Azərbaycan neftinin qiyməti yenə dəyişdi

29 sent bahalaşıb Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Virtualaz.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX («New York Mercantile Exchange») birjasında «Layt» markalı neftin bir barelinin qiyməti 0,32 dollar bahalaşaraq 50,60 dollar, Londonun ICE («InterContinental Exchange Futures») birjasında «Brent» markalı neftin bir barelinin qiyməti isə 0,44 dollar artaraq 53,55 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti də 0,29 dollar bahalaşıb. Beləliklə, «AzəriLayt» markalı neftin bir barelinin qiyməti 57,12 dollar təşkil edib.

 





09.03.2017    çap et  çap et