Vaxt.Az

«Fitilə»nin fəsadı davam edir


 

Hamid Allahverdipur Əhərin İnqilab Məhkəməsinə çağırılıb

«Fitilə»nin fəsadı davam edir Sulduzlu siyasi fəal Hamid Allahverdipur telefon vasitəsi ilə məhkəməyə çağırılıb. Məlumata görə, fəal 2015-ci il noyabrın 9-da İran telekanalının yaydığı məlum təhqiramiz «Fitilə» verilişinə qarşı Əhərdə keçirilən etiraz aksiyasına qatıldığı üçün məhkəmə çağırılıb. Həmin aksiyada H.Allahverdipuir daha 30 soydaşımızla birlikdə təhlükəsizLik qüvvələri tərəfindən yaxalanıb 6 gün saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb.

Azərbaycanlı fəal 5 gün ərzində Əhər İnqilab Məhkəməsinə müraciət edərək məhkəmə prosesinin son iclasına qatılmalıdır.

Əhərdə irqçiliyə qarşı keçirilən aksiyada tutulanların əksəriyyəti, o cümlədən H.Allahverdipur ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunub.

Xatırladaq ki, İran rejimi son aylarda azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Ötən günlərdə çox sayda fəalın İnqilab Məhkəməsinə çağırılması onlara qarşı edilən təzyiqin tərkib hissəsidir.

 





09.03.2017    çap et  çap et