Şon Spayser deyib ki, Amerika prezidenti Donald Tramp İran qayıqlarının Hörmüz boğazında Amerikanın hərbi gəmilərinə yaxınlaşması məsələsindən xəbərdardır: «Aydın məsələdir ki, prezident bu barədə məlumatlandırılıb. Onun artıq hər şeydən xəbəri var. Prezident açıq şəkildə bildirib ki, İranın Amerika gəmilərinə qarşı bu kimi təhrikçi əməllərinə dözməyəcək».
Martın 6-da ABŞ-ın adının çəkilməsini istəməyən bir rəsmisi jurnalistlərə açıqlamasında bildirib ki, «Sepah»ın yüksək sürətli qayıqları Hörmüz boğazında qeyri-peşəkar və təhlükəli bir addım ataraq Amerika ordusunun dəniz qüvvələrinin nəqliyyat komandanlığına məxsus «USNS İnvincible» gəmisinin 550 metrliyinə yaxınlaşaraq onu təhrik etməyə çalışıblar. Bildirilib ki, hadisənin ardınca Amerika gəmisi İran qayıqları ilə hər hansı bir qarşıdurmaya yol verməmək üçün istiqamətini dəyişmək məcburiyyətində qalıb.