«Anar Tağıyev adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat çatıb.
Bildirmək istəyirəm ki, mənim bu adda qohumum və ya işçim yoxdur. Həmin şəxsin mənimlə heç bir əlaqəsi yoxdur. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm.
Bu şəxsin qurbanı olan insanlar mənə buradan inboksa yaza bilərlər və mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm. Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də çox narahat edir və xahiş edirəm, mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə sizdən işinizi düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə, mütləq bizə – Milli Məclisə məktubla müraciət edin, buradan yazın və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki, bu cür dələduzlarla bağlı tədbir görə bilək.
Və bu cür fırıldaqçılara inanmayın ki, sabah zərərə düşəsiniz.
Bu, artıq üçüncü dəfədir ki, kimlərinsə mənim adımdan bu məqsədlə istifadə etdiyi barədə məlumatlar daxil olur və hər dəfə də hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik. Eyni zamanda bütün idarə və qurumlara xahiş eidrəm ki, mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə, inanmayın.
Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imzayla rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram. Kimlərsə kiməsə mənim adımdan zəng edərsə, xahiş edirəm, heç zaman inanmayın».