Bunu ABŞ Ədliyyə Nazirliyinin sənədləri sübut edir.
Rusiya səfiri ilə telefon danışığında ABŞ sanksiyalarının ləğvini müzakirə etdiyini gizlətdiyinə görə ötən ay istefa vermək məcburiyyətində qalmış təqaüdçü general martın 7-də könüllü şəkildə Ədliyyə Nazirliyinin xarici agentlər şöbəsində qeydiyyata düşüb.
Eks-müşavir etiraf edib ki, ötən ilin avqustundan noyabr ayınadək göstərdiyi lobbiçilik fəaliyyəti «Türkiyə Respublikasına fayda vermək» kimi yozula bilər.
AP-nin məlumatında deyilir ki, xarici hökumətlər üçün lobbiçilik edən firmalar mütləq şəkildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bunu ABŞ qanunları tələb olunur, lakin bu tənzimləmə nadir hallarda tətbiq olunur.
M.Flinnin firmasına müraciət edən türk iş adamı Ekim Alptekin, özünün dediyinə görə, Türkiyə hökumətinin üzvü deyil.
«Türkiyə hökuməti üçün işləmirəm, hökumətdən də göstəriş almıram», - deyə E.Alptekin AP-yə bildirib.
M.Flinnin islamofobiya açıqlamaları tarixçəsi var. Buna baxmayaraq ki, o, ötən il uğursuz hərbi çevruliş cəhdindən sonra Rəcəb Tayyib Ərdoğanın islamçı meylli hökumətini müdafiə edib. Eks-müşavir «The Hill» qəzeti üçün icmal yazıb.
Bu yazıda o, Ərdoğanın «radikal islamçı» kimi ittihamladığı, ABŞ-da yaşayan vaiz Fəthullah Gülən barədə fikirlərini bölüşüb.
«Türkiyə hökumətinin nəzər-nöqtəsinə görə, Vaşinqton Türkiyənin Üsamə bin Ladeninə sığınacaq verib», – deyə M.Flinn yazıb.