Vaxt.Az

2 kq-dan artıq qızıl, 190 min dollar


 

Azərbaycandan külli miqdarda valyuta və külçələr çıxarmaq istədilər...

2 kq-dan artıq qızıl, 190 min dollar Külli miqdarda xarici valyuta və qızıl külçələri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb.

VAXT.AZ Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mətbuat xidmətlərinin birgə məlumatına istinadən bildirir ki, DGK və DTX tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda - 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kiloqram 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək «Heydər Əliyev» Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyə Respublikasına aparmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları - Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 





10.03.2017    çap et  çap et