Vaxt.Az

Ərdəbilin «Cahan»ı söküldü


 

Rejim Güneyin bütün müqəddəslərinə qarşıdır

Ərdəbilin «Cahan»ı söküldü Güney Azərbaycanda bir çox tarixi və mədəni abidə söküldükdən sonra bu dəfə Ərdəbilin Cahan kinoteatrı yox edilib.

Təxminən 26 ildir müxtəlif bəhanələrlə bağlı qalan kinoteatr Bələdiyyə İdarəsi tərəfindən sökülərək yerlə yeksan edilib. 72 il keçmişi olan kinoteatr martın 8-də ağır texnika vasitəsi ilə sökülüb.

Ərdəbil Vilayəti İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi kinoteatrın bağlanma səbəbi kimi binanın köhnəlib qəzalı vəziyyətdə olmasını göstərib.

Bundan öncə yerli məsullardan bir neçəsi, o cümlədən 3 il öncə dövrün bələdiyyə başqanı Cahan kinoteatrının bərpasını tələb etmişdir.

 





11.03.2017    çap et  çap et