O, iqtidarı Almaniya ilə Niderlanda qarşı açıq və dəqiq addımlar atmağa çağırıb:
«Bu məsələ iqtidar-müxalifət məsələsi deyil. Bu, Türkiyəyə qarşıdır. Buradan iqtidara açıq və konkret təkliflə səslənirəm. Sizə bu məsələdə hər cür dəstək verəcəyik. Niderland ilə bütün əlaqələri dondurun, Almaniyaya qarşı lazımı addımları atın. Əgər Türkiyənin nazirləri Almaniyaya buraxılmırsa, onların əsgərinin Türkiyədə, İncirlikdə nə işləri var, axı?!»