Vaxt.Az

«Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil»


 

Gənc alimin yeni kitabı bu cür adlanır

«Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil» Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Əliyev Zaur Bilal oğlunun yeni kitabı nəşr edilib. «Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil» adlanan kitabın elmi redaktoru AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

VAXT.AZ xəbər verir ki, «Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil» kitabına İsveç paytaxtı Stokholmun Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini Leyla Kiani rəy verib. Redaktorluq tele-jurnalist Hikmət Həsənov məxsusdur. Təqdim edilən əsərdə miqrasiya prosesləri ilə bağlı məsələlər çərçivəsində öyrənilməsi vacib anlayışlardan olan «beyin axını» tədqiq edilib. Qədim dövrdən bu günə qədər Azərbaycandan xarici ölkələrə köç edən intellektual miqrasiyanın səbəbləri və dünya təcrübəsinə geniş yer verilən kitab nəzəri və praktik məsələləri özündə əks etdirib. İlk dəfə olaraq xaricdə yaşayan azərbaycanlı ziyalılar arasında mövzuyla bağlı sorğu keçirilib və sosioloji təhlil aparılıb.

112 səhifəlik kitab Bakıdakı «Elm və təhsil» nəşriyyatında çap olunub. 

 





12.03.2017    çap et  çap et