Vaxt.Az

«Milyardlarımızı qaytarın»


 

London və Brüsselin qalmaqallı «boşanması»

«Milyardlarımızı qaytarın» Böyük Britaniya Avropa Birliyindən çıxmazdan öncə Avropa Birliyindən 11 milyard dollar vəsaitinin geri qaytarılmasını tələb edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait Avropa İnvestisiya Bankında saxlanılır.

Baş nazir Tereza Mey bankın səhmlərinin 16 faizinin Britaniyanın payına düşyünü nəzərə alaraq vəsaitin dərhal qaytarılmasını istəyib.

Maraqlıdır ki, Avropa Birliyi Brexit prosedurunun başlayacağı təqdirdə Londonun Brüsselə 60 milyard avro kompensasiya ödəməli olduğunu deyib. Lakin britaniyalı hüquqşünaslar Londonun bu məbləği ödəməyə məcbur olmadığını qeyd ediblər.

 





12.03.2017    çap et  çap et