Sovet İttifaqının dağılmasından ötən 26 ilə nəzər saldıqda, Qərb-Rusiya qarşıdurmasında Moskvanın sarsıdıcı məğlubiyyətlərə uğradığını görmək olar. Baltikyanı ölkələrin (Latviya, Litva, Estoniya) və Şərqi Avropa respublikalarının (Bolqarıstan, Rumıniya, Çexiya, Polşa, Slovakiya, Xorvatiya, Sloveniya, Albaniya və ) NATO və Avropa Birliyinə üzv olmasından gedir. Hazırda Gürcüstan və Ukrayna da xarici siyasətdə Qərblə inteqrasiyasını əsas tutub.
MDB məkanındakı bütün ölkələrin milli dövlətlərini qura bildiklərini konstatasiya edə bilərik. Bundan başqa, dünyadakı tendensiya da regionalizasiya və inteqrasiya proseslərini sürətləndiyi məqamda MDB ölkələrinin də təhlükəsizlik və iqtisadi sahədə hər hansı birliyə qoşulmağa məcbur olduğunu da deyə bilərik.
Postsovet respublikaları hərbi sahədə NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, iqtisadi sferada isə Avropa Birliyi yaxud Avrasiya İttifaqına qoşulmaqla bağlı müəyyən seçim qarşısında dururlar. Aydındır ki, həm Qərb, həm də Rusiya öz rəhbərlik etdikləri təşkilatlara üzvlüklə bağlı müəyyən təzyiq metodlarından və hətta açıq şantajdanm istifadə edirlər. Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsini imzalamaqdan son anda imtina edərək Avrasiya İttifaqına tələsik üzv olması, analoji addımın sonradan Moldova tərəfindən atılması Kremlin təzyiqlərinin nəticəsi idi.
Amma məsələyə digər rakurs altında baxdıqda Rusiyanın həm siyasi, həm də iqtisadi baxımdan postosovet ölkələrinə daha yaxın olduğnu görə bilərik. Belə ki, bu ölkələrdə istehsal olunan məhsullar demək olar ki, Avropa standartlarına uyğun gəlmir və həmin bazarda alıcısını tapa bilməyəcək. Həmin standartlara cavab vermək üçün isə istehsalı tamamilə dəyişmək tələb olunur. Rusiya isə böyük həvəslə postovet məhsullarını idxal edir.
Digər tərəfdən, tarixi qonşuluq və əsrlərlə eyni dövlətdə yaşamaq təcrübəsi postsovet ölkələrini Rusiya ilə yaxınlaşdırır.
Hərbi mənada isə, Ukrayna və Gürcüstana rus qoşunlarının yeridilməsi zamanı NATO-nun baş verənləri kənardan müşahidə etməsi bir daha göstərdi ki, kiçik regional ölkələr namizəd Qərb Rusiya ilə baş-başa gəlməyə özünü hazır bilmir.
Bütün bu faktorları nəzərdə aldıqda, yaxın onliliklər boyu postsovet ölkələrinin siyasi orientasiyasını müəyyən etmək üçün Qərblə Rusiyanın arasında seçim etməli olacağını söyləmək olar. Hazırki situasiyada tərəflərdən birinin seçimi digər tərəflə konfrantasiya yaşamaq demək olduğu üçün balanslaşdırlımış siyasət ən məqsədəuyğun sayıla bilər.