Vaxt.Az
3 milyon dollar mükafat
ABŞ «dünyanın ən təhlükəli hakeri»ni tutan şəxsə fantastik məbləğ vəd edir
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) «dünyanın ən təhlükəli hakeri» sayılan Yevgeni Boqaçovu tutulmasında yardım edən şəxsə 3 milyon mükafat vəd edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Boqaçov dünyanın müxtəlif ölkələrindəki hesablardan yüz milyonlarla dolları oğurlamağa imkan verən viruslu kompüter şəbəkəsi yaratmaqda ittiham olunur. Boqaçev Massaçusets ştatındakı polis idarəsindən tutmuş Vaşinqtondakı hindu ərazilərinə qədər geniş ərazidə elektron valyuta oğurluğu həyata keçirib.Ötən ilin dekabrında Barak Obama Yevgeni Boqaçev və daha 5 rus hakeri haqda sanksiyalar tətbiq etmişdi. Onlar prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunurlar.
«Boqaçev Rusiya üçün adi cinayətkar deyil. Bir tərəfdən, o, dünyada milyonlarla kompüteri və oradakı konfidensial informasiyanı idarə edib, digər tərəfdən isə casus kimi rusiya xüsusi xidmət orqanlarına xidmət edib», – deyə «New York Times» yazıb. ABŞ xüsusi xidmət orqanları Rusiyanı tərk edən kimi Yevgeni Boqaçovu həbsə etməyi planlaşdırır.
13.03.2017 çap et