Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bunu Kertina Universitetinin professoru Cons Miller deyib.
Qeyd edək ki, qara dəliklər kainatda ən sirli sahələrdən biri hesab olunur. Bura xüsusi sahəyə malikdir. Qara dəliyin qravitasiyası, yəni cəzbetmə qüvvəsi qədər güclüdür ki, obyektləri asanlıqla uda bilir. O, hətta işığı da uda bilir, halbuki, dünyada işıqdan sürətli bir şey yoxdur.
Astronomların bir qismi hesab edir ki, ağ cırtdan əslində «normal» ulduz rolunu oynayır və o daha yığcam və sıx obyektdir.
Bildirilir ki, ağ cırtdan qara dəliyin «ortağı» hesab oluna bilər. Demək olar ki, onlar arasındakı məsafə Ayla Yer arasındakı məsafə qədərdir.
Buna görədir ki, ağ cırtdan qara dəliyin ətrafında 28 dəqiqə ərzində tam dövr edir. Onun materiyası isə parlaq disk yaradaraq qara dəliyə doğru axır.
Ağ cırtdanla qara dəliyin bir-birinə necə yaxınlaşmasını isə alimlər hələ bilmirlər.
Ağ cırtdanlar ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlardır. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir.