Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, mənbəyə əsasən, ABŞ hərbçiləri İraq Kürdüstanından vertolyotlarla gətiriliblər.
«Suriyada mövcud olan Amerika qüvvələrinin sayı hələ Obama vaxtında artmışdı. Əvvəllər onlar yalnız hərbi ekspert və müşavirlərlə təmsil olunurdularsa, hazırda dəniz piyada qoşun bölüyünün gəlişi müşahidə edilir», - agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, vertolyotlarla çatdırılması mümkün olmayan hərbi qüvvənin bir hissəsi quru ilə Suriya və İraq Kürdüstanı arasındakı keçidlə gətiriləcək.