Vaxt.Az

«Sənə ar olsun»


 

Ərdoğandan Merkelə çox ağır sözlər

«Sənə ar olsun» Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli sərt bir şəkildə tənqid edib. Modern.az saytının xəbərinə görə, Ərdoğan «ATV və «A haber» kanalları üçün verdiyi müsahibədə Merkelin Türkiyə ilə qalmaqal yaşayan Niderlandın yanında olmasını deməsinə hiddətlənib.

«Bunların Vyana anlaşması deyə bir dərdi yoxdur. Hamısı bunların ayaqları altındadır. Bunların Vyana anlaşması faşistlikdir. Buna neonasizm deyə bilərik. Almaniyanın kansleri də Niderlandın yanında olduğunu deyir. Sənə ar olsun. Demək ki, sən ayrı bir düşüncədəsən», - deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Almaniya, xüsusilə Merkel açıq şəkildə terrora dəstək verir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin konstitusiyana ediləcək dəyişiklik üçün keçiriləcək referenduma görə Niderlanddakı türklərlə görüşmək istəyirdi. Lakin Niderland Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb.

Bundan sonra isə Rotterdam şəhərində içərisində Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betülün də olduğu avtomobil polis tərəfindən saxlanılıb.

 





13.03.2017    çap et  çap et