Vaxt.Az

Qeydiyyat sadələşdirildi


 

Daşınmaz əmlakın sənədləşməsində yeniliklər

Qeydiyyat sadələşdirildi Daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Belə ki, sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.
Dünya Bankının dəstəyi ilə reallaşan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Reyestr Xidmətinin Ərazi idarələrinin işçiləri üçün Xidmət Standartları və Davranış Qaydaları hazırlanır: “Bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilməklə beynəlxalq məsləhətçi cəlb olunacaq. Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür”.
 





18.11.2013    çap et  çap et