Vaxt.Az

Hər kq baramaya 5 manat veriləcək


 

Nazirlər Kabinetindən subsidiya ilə bağlı qərar

Hər kq baramaya 5 manat veriləcək Nazirlər Kabineti «Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə, subsidiyanın verilmə Qaydası»nı təsdiq edib.

Baş nazir Artur Rasizadə bununla bağlı qərar imzalayıb.

Qaydaya əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyən edilib.

Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb. «Report»

 





15.03.2017    çap et  çap et