Almaniya kansleri aparatının rəhbəri Peter Altmayer bildirib ki, Almaniya xarici siyasətçilərin ölkəyə daxil olmasına qadağa qoymaq hüququnu özündə saxlayır.Virtualaz.org xəbər verir ki, məlumatı «Deutsche Welle» yayıb.
«Federal hökumətin indiyə qədər beynəlxalq hüquqi imkanlarından tam istifadə etməməsi gələcək üçün «yaşıl işıq» yandırması mənasına gəlmir. Ölkəyə daxil olmağa qadağa son addımdır. Bu hüququ özümüzdə saxlayırıq», - Altmayer bildirib.
Xatırladaq ki. Almaniya türkiyəli siyasətçilərin ölkə ərazisindəki çıxışlarını qadağan etmək niyyətindədir.
çap et