Vaxt.Az
PA yaxınlığında meyit tapıldı
Ölən şəxsin bomj olduğu ehtimal olunur
Bakıda Prezident Administrasiyasının (PA) yaxınlığında naməlum meyit tapılıb. Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, meyit Cəfərovlar qardaşları, 11 ünvanında yerləşən parkda aşkarlanıb.
Meyiti tapılan şəxsin 40-45 yaşlı naməlum kişi olduğu bildirilib.Prokurorluqdan həmçinin bildirilib ki, meyitin üzərində xəsarət aşkar edilməyib. Ölən şəxs tüfeyli həyat tərzi sürdüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
18.11.2013 çap et