Vaxt.Az

«Ana» meydanı


 

Mərənddə «Madər» meydanının adı dəyişdirildi

«Ana» meydanı Son illərdə Güney Azərbaycanda güclənən milli özünüdərk prosesi müxtəlif sahələrdə özünü göstərməkdədir.

GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, Mərəndin Bələdiyyə İdarəsi «Madər» adlanan meydanın adını dəyişdirərək «Ana» meydanı adlandırıb. Bələdiyyə İdarəsinin təqdirəlayiq və uzaqgörən hərəkəti yerli əhalinin böyük rəğbətinə səbəb olub.

Deyilənlərə görə, meydanın adının dəyişdirilməsi Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olub.

Güney Azərbaycan şəhərlərində mədəni fəallar və Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti genişləndikcə onların müəyyən təklifləri Bələdiyyə İdarələri və Şəhər Şuraları tərəfindən qəbul olunur. Belə hallara bundan öncə bir neçə şəhər, o cümlədən Binab və Ərdəbildə rast gəlinib.

 





15.03.2017    çap et  çap et