Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovskiniun bu çıxışına etiraz edən deputat, teleaparıcı Oksana Puşkina təmsil etdiyi regionu sakit buraxmağa çağırıb.
Bundan sonra qalmaqal başlayıb və Jirinovski deyib: «Mən seçkilərdən danışıram. Ruzada RLDP-yə birbaşa təzyiq göstərilir. Yeddi nəfəri pulla alıblar, qorxudublar, siyahıdan çıxmağa məcbur ediblər. Siyahını seçkidən çıxarıblar. Buna süd mafiyası rəhbərlik edir. Bizdən isə xahiş edirlər ki, danışmayaq. Danışacağıq. Sizi məhkəməyə verəcəyik. Gələn ilin martında Kremlə gələcəyəm və sizi güllələyəcəyəm, asacağam, yaramazlar!»
Dumanın sədri Vyaçeslav Volodin emosiyalara yol verməməyə çağırıb. Buna cavab olaraq Jirinovski fraksiyasının üzvlərini iclas zalından çıxarıb.