Buna «insanla həyatın qarşılıqlı həyasızlığı» da demək olardı. Problemlərdən bir anlıq yaxa qurtarıb nəfəs dərməyə belə imkan vermirdi həyat. Ya əvvəlki problemi daha da dərinləşdirir, ya da üstünə yenisini əlavə edirdi hər gün, hər saat. Sonda mən bir addım da irəli gedib problemləri məsxərəyə qoydum öz içimdə. Qəlbimdəki «şeytana» – «Alınmayacaq, yorma özünü, çəkil get tayını tap» - deyirdim dayanmadan...
Sonda çox gözəl, işıqlı bir səhər açıldı. Suyu süzülə-süzülə çəkilib getdi
poblemlər. Və həmin səhərlərin birində, yaşda məndən böyük olan bir qohumum
mənə dedi ki, «mən inanmırdım bütün bunlara dözə biləcəyinə». Mən də ona – «dözməkdən
başqa variantım yox idi mənim, çünki çökən tək özüm olmayacaqdım, doğmalarım,
yaxınlarım da batacaqdılar», - dedim.
P.S. İntihar etmək barədə düşünəndə əvvlcə onu xayalınızda edin və
doğmaların, yaxınların halına baxın, sonra ağlınızı başınıza yığın və gedin
yaşayın. Özünüz üçün alınmırsa, yaxınlarınız üçün yaşayın bir müddət. Sonra hər
şey yoluna düşəndə həm də özünüz üçün yaşayarsınız.