S.Qocamanlı bildirib ki, onların arasında Qənimət Zahidin qohumları- Rüfət və Rövşən Zahidovlar, NİDA-çı Elvin Abdullayev, Əbdül Əbilov, Emin Millinin qaynı Nazim Ağabəyov (şərti buraxılmışdı, amma cəza götürülməmişdi), həmçinin, bloqqerlər də var».
Hüquq müdafiəçisi qeyd edib ki, REAL hərəkatının sədri İlqar Məmmədovun adı əfv olunanların siyahısında yoxdur:
«27 nəfərlik siyahı təqdim etmişdik. Onlardan 4 nəfəri ömürlük cəza alanlardır. 23 nəfərdən də 7 nəfər azad olunub. Ömürlük həbs cəzası alanlarla bağlı işləri davam etdirəcəyik».