Vaxt.Az

DTX-dan vacib əməliyyat


 

Bakıdakı gecə barları narkotiksiz qalacaq

DTX-dan vacib əməliyyat Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyatın gedişatında qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) yayılmasının qarşısı alınıb.

Bu barədə virtualaz.org-a Azərbaycan DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 15 mart 2017-ci il tarixdə, xüsusi əməliyyat nəticəsində gənclərin çox yığışdıqları yerlərdə mütəmadi olaraq psixotrop maddənin qanunsuz yayılmasını planlaşdırmaqda şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu saxlanılıblar.

Araşdırma zamanı onlardan böyük miqdarda MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici «Preqabalin» maddəsi aşkarlanaraq götürülüb.

 





17.03.2017    çap et  çap et