Vaxt.Az
İş adamı maşınında güllələndi
Bu dəfəki qətl Moskvada yox Lənkəranda törədilib
Lənkəran rayonunda qətl hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında Lənkəran rayonu Göyşaban kəndi ərazisində, Ələt-Astara yolunun yaxınlığında baş verib.Göyşaban kəndinin Etibar adlı sakini 90 RV 863 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilində tapançadan atəş açılmaqla güllələnib. Onun mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qətlə yetirilən şəxsin iş adamı olduğu bildirilir.
18.11.2013 çap et