Vaxt.Az

Cavid Qurbanovdan şəhidinin anasına jest


 

Cocuq Mərcanlı qəhrəmanının ailəsinin evi təmir olunacaq

Cavid Qurbanovdan şəhidinin anasına jest 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu «Horadiz əməliyyatı» nəticəsində işğaldan azad edilmiş Cəbrayılın Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra əsaslı təmir işlərinə başlanılıb.

2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edilib və Cocuq Mərcanlıya təhlükə aradan qalxıb.

Qeyd edək ki, kəndin azad edilməsində qəhrəmanlıq göstərərək həlak olanlardan biri də Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev iki il əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə «İgidliyə görə» medalı ilə təltif edilib. Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb şəhid onun adını daşıyır.

Bu il martın 21-də Cocuq Mərcanlının ilk şəhidlərindən olan Faiq Rzayevin anası Rüxsarə Məmmədova 30 ildir xəzinədar olaraq çalışdığı Bakı Dəmiryol Vağzalında işdən azad edilməsi haqqında xəbərdarlıq alıb. Buna səbəb onun pensiya yaşını tamamlaması, eyni zamanda kassaların ləğv olunmasıdır.

Məsələ ilə bağlı Modern.az-ın «Azərbaycan Dəmir Yolları» QSC-ə etdiyi müraciət araşdırılıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova sədr Cavid Qurbanovun şəhid anası ilə bağlı göstəriş verdiyini açıqlayıb:

«Bildiyiniz kimi, vağzaldakı bilet satılan kassalar ləğv edilib. Buna baxmayaraq, sədr Cavid Qurbanovun göstərişi ilə Rüxsarə Məmmədova Novruz bayramından sonra müvafiq işlə təmin olunacaq».

 





19.03.2017    çap et  çap et