«Bizim dövlətlərimizin təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı ümumi maraqları var. Pakistan çox ölkələrə silah çatdırır. Mənə elə gəlir ki, Azərbaycanın da Pakistanda hazırlanmış silahların müxtəlif sistemlərini, hansılar ki, dünya silah bazarında özünü yaxşı tanıda bilib, əldə etməsinə daha aktiv yanaşmasına dəyər», - deyə o bildirib.
Qeyd edək ki, Pakistan dünyada Ermənistanı tanımyan azsaylı ölkələrdəndir. Bundan başqa, Pakistan dünyada, erməni silahlı qruplaşmalarının Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri soyqırımı ittiham edərək rəsmi qətnamə qəbul etmiş ilk ölkə olub.
İslamabad, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağırıb.