Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, seçki bloku bu təklifini 2 amillə izah edib.
«Birinci, seçkilərin tarixi konstitusiya qaydalarının pozulması yolu ilə gerçəkləşib. İkincisi isə, aprelin 2-si Dağlıq Qarabağdakı döyüşlərin 1 ili tamam olacaq. Bu günü həlak olanların yaxınları onların məzarı başında qeyd edəcək».
Ermənistan Milli Konqresi seçkilərin 9 apreldə keçirilməsi üçün bütün siyasi gücləri konsensusa çağırıb. Xatırladaq ki, Serj Sarkisyan seçki bloklarının razı olacağı halda, seçkilərin tarixinin dəyişdirilməsinə normal baxdığını demişdi.