«Türkiyənin bizi nasimzlə müqayisə etməsinə son qoyması ilə bağlı sözlərim qüvvədə qalır. Əfsuslar olsun ki, belə müqayisələr davam edir. Heç bir şərt olmadan son qoyulmalıdır buna. Nasional-sosializmin qurbanlarının məruz qaldıqları ağrı-acılara sayğı olmadan istənilən tabunun pozulmasına Almaniya hökuməti yol verməyəcək», - A.Merkel deyib.
Türkiyə və Almaniyanın münasibətləri son zamanlar kəskin pisləşib. Türkiyədə Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı aprelin 16-na nəzərdə tutulmuş referendum ərəfəsində türk nazirlərin Almaniyanın bir sıra şəhərlərində təşviqat çıxışları yasaqlanıb. Eyni situasiya Hollandiyada da təkrarlanıb.
Martın 5-də Ərdoğan Almaniyanı siyasətində nasist praktikasından istifadə suçlayıb. Martın 11-də isə o, hollandiyalıları faşist və nasistlərin xələfləri adlandırıb.
Martın 19-dakı çıxışında R.T.Ərdoğan Almaniyanın kansleri A.Merkeli nəzərdə tutaraq demişdi: «Sən də indi nasist metodlarından istifadə edirsən. Kimə qarşı? Almaniyadakı türk bacı və qardaşlarıma qarşı, mənim bacı və qardaşlarım olan nazirlərə qarşı, Almaniyaya yolllanan bacı və qardaşlarım olan deputatlara qarşı».