Lukaşenko deyib ki, xaricdə olan belaruslu vətənpərvərlər hüquq-mühafizə orqanlarını təxribat planı haqda əvvəlcədən məlumatlandırandan sonra əks tədbirlər görülüb. Prezidentin sözlərinə görə, Belarusun xaricdəki səfirliyinə gələn bir qadın yazılı məktub təqdim edib. Məktubda Belarusda təxribat hazırlandığı barədə xəbərdarlıq qeyd edilib.
«Biz də araşdırmağa başladıq və çox maraqlı şeylər üzə çıxdı»,- deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, təxribatçılar tutulduğundan, artıq detallı şəkildə araşdırma aparılacaq ki, bu işə pul haradan gəlib, kim hazırlıqla məşğul olub, hansı ölkələrdən müvafiq adamlar plana qoşulublar və s.
Lukaşenko təxribatçıların xüsusi düşərgədə hazırlandığını qeyd edib. O, bu düşərgələrin həm Belarusda, Ukraynada, eyni zamanda Polşa və Litvada yerləşdiyini istisna etməyib.
Lukaşenkonun sözlərinə görə, təxribat üçün ayrılan pullar Litva və Polşa vasitəsilə Belarusa gətirilib.
Prezident onu da vurğulayıb ki, Belarus istənilən təxribata qarşı mübarizəyə həmişə hazırdı. O, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.