Modern.az-ın məlumatına görə, Levon Ter-Petrosyan öz cavabında «Kim deyib ki, həll olunmur, birbaşa danışıqlar məhz ona görədir ki, tərəflər onu özləri üçün mümkün qədər daha əlverişli etməyə çalışır. Ermənistan da, Azərbaycan da buna görə mübarizə aparır. Bu məsələdə fikir ayrılıqları əvvəlcə çoxsaylı idi, indi isə onların sayı cəmi bir-ikidir" deyib.
Kompromislər haqqında danışarkən, Levon Ter-Petrosyan bildirib ki, əgər Azərbaycan güzəştlərə hazır olmasaydı, Minsk qrupunun işlərində ümumiyyətlə iştirak etməzdi.
«İki tərəf güzəştlərə razıdır, amma hər iki tərəf özü üçün maksimum daha əlverişli şərtlər əldə etməyə çalışır. Bu, təbii prosesdir. Nəhayət, belə bir məqam gəlir ki, tərəflər ya hə, ya da yox deyirlər».