Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, «Rodina» («Vətən») partiyasının üzvü olan Hüseyn Əliyev deputat köməkçisi vəsiqəsinin verilməsinə görə 445 min rubl (təxminən 14 min manat – virtualaz.org) məbləğində rüşvət almaqda ittiham edilir.
Yerli «Exo Severa» («Şimalın əks-sədası») qəzeti yazır ki, söhbət sahibkar Ərəstun Məcidovdan gedir. O, vaxtilə yerli istintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb və vəkillik də edib.
Dünən keçirilmiş məhkəmə iclasında Hüseyn Əliyevin həyat yoldaşı 1 milyon rubl (təxminən 30 min manat – virtualaz.org) girov müqabilində onun sərbəst buraxılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə təqsirləndirilənin həm də Azərbaycan vətəndaşı olduğunu və buna görə, başqa ölkəyə qaça biləcəyini səbəb kimi göstərərək, həbs qətimkan tədbirini dəyişməyib.