***
19:11
Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstandan ölkə ərazisinə «İqla» daşınan zenit-raket qurğusunun gətirilməsi işi üzrə üç nəfərin, o cümlədən qondarma «DQR»in keçmiş «müdafiə naziri» general Samvel Babayanın həbs olunduğunu təsdiləyib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti Gürcüstandan «İqla» zenit-raket qurğusu gətirənlərin Samvel Babayanın göstərişi ilə hərəkət etdiklərini bildirir. Lakin «İqla» raketinin ölkəyə gətirilməsində hansı məqsəd güdüldüyü barədə heç nə deyilmir.
Ermənistan mətbuatı isə Babayanın silahlıçevriliş planlaşdırdığını yazıb. Samvel Babayan keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi seçki blokunu dəstəkləyir.
***
17:51
Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan Ermənistanda hərbi çevriliş təşkili ittihamı ilə həbs olunub. Virtualaz.org xəbər verir ki, bu məlumatı «Hraparak» erməni qəzeti yayıb.
Nəşr əlavə edir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti tezliklə bu xəbərlə bağlı ətraflı məlumat verəcəyini bildirib.
Bundan öncə Ermənistan MTX Gürcüstandan Ermənistana «İqla» («İynə») zenit-raket kompleksinin gətirilməsi cəhdi və bu kompleksi gətirməyə cəhd etmiş bir qrup şəxsin həbsi barədə xəbər yaymışdı. Qəzet Samvel Babayanın həbsini həmin hadisə ilə əlaqələndirir.
Bununla birlikdə, «Hraparak» digər erməni nəşri «Jamanaka» istinadla xəbər verir ki, Samvel Babayan silahlı çevriliş hazırlayırmış. Bildirildiyinə görə, silahlı çevriliş cəhdi palament seçkilərinə az qalmış baş tutmalı imiş. Seçkilər aprel ayının əvvəlinə nəzərdə tutulub.