Vaxt.Az

Qəzet redaksiyasına silahlı basqın


 

Fotomüxbirə 2 güllə dəyib

Qəzet redaksiyasına silahlı basqın Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Liberation” qəzetinə silahlı basqın edilib. Saat 13 radələrində qəzetə basqın edən şəxs əlindəki pompalı tüfənglə ətrafa atəş açmağa başlayıb.
Atəş nəticəsində qəzetin fotoqrafı sinəsindən iki güllə yarası alıb. Bundan sonra cinayətkar hadisə yerindən uzaqlaşıb. Baş verən hadisə ilə əlaqədar əraziyə polis qüvvələri cəlb edilib. Bütün əməliyyat axtarış tədbirlərinə baxmayaraq, cinayətkarı tutmaq mümkün olmayıb.
Polis Parisdə yerləşən bütün qəzetlərin redaksiyalarını nəzarət altına alıb.
Hadisə ilə bağlı xüsusi əməliyyat qrupu yaradılıb.
 





18.11.2013    çap et  çap et