Vaxt.Az
Bu dəfə geriləyən olmadı
Reytinq cədvəlinin Olimpiada lisenziyasına təsiri böyükdür
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Noyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu saymaq olar.Belə ki, müəyyən müddətdən sonra Peter Zayzenbaherin yetirmələrindən geriləyən olmayıb. Əvəzində Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) rəqiblərinin zəif çıxışı səbəbindən 1 pillə qabağa gediblər. Onlar hazırda müvafiq olaraq, 51-ci və 15-ci yerlərə yüksəlib.
Digər cüdoçularımız - İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 15-ci, 23-cü, 13-cü, 48-ci, 14-cü, 34-cü, 7-ci, 1-ci, 7-ci və 66-cı pillədədirlər.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.
18.11.2013 çap et