Vaxt.Az

Azərbaycana bahar gəldi...


 

Günəş şimal yarımkürəsinə keçid edib

Azərbaycana bahar gəldi... Artıq bahar ölkəmizə daxil olub. AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, Azərbaycan ərazisində baharın gəlişi bu gün Bakı vaxtı ilə təxminən saat 14:28 radələrində baş verib.

Martın 19-da Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olur. Bu nöqtəyə astronomiyada «yaz bərabərliyi nöqtəsi» deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

 





20.03.2017    çap et  çap et